YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Milli mənlik şüurumuzun təməlində həmrəyliyimizin dayanması qürur doğurur. Bu gün ölkəmiz milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrilmişdir. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsi ilə yadda qalıb. Əldə edilmiş nailiyyətlər dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır. 

Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli Liderin atdığı mühüm addımlardan biri də 2001-ci il noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayınm keçirilməsi barədə Sərəncamı oldu. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təkan verdi.  Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəlib, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etdilər.  

Biz bu gün müstəqilik. Hər bir xalq üçün bundan böyük xoşbəxtlik ola bilməz. Vətənlə əlaqələr, xüsusilə mənəvi əlaqələr olmalıdır. Bu, hazırki dövrdə  bizə daha çox lazımdır.  

Prezident İlham Əliyev ulu öndərdən əmanət qalan əzmkarlığı sayəsində həmrəylik ideallarına sadiqliyini konkret əməli işlərlə sübuta yetirib. 2006-cı il martın 16-da Ba¬kıda dünya azərbaycanlılarının II, 2011-ci il iyulun III, 2016-cı il iyununda IV qurultayları keçirilib. Hər birində onlarca təşkilat, yüzlərlə nümayəndə və qonaq iştirak edib. 

Dünya azərbaycanlılarının IV qurultayının açılış mərasimində parlaq nitq söyləyən cənab İlham Əliyev hamını bir daha birliyə, həmrəyliyə, Vətən naminə fədakarlıqlara səsləyib. Bu mötəbər toplantılar xaricdə yaşayan azərbaycanlıların diaspor¬dan lobbiyə çevrilməsinə güclü təkan verib. Birliyin və həmrəyliyin tam təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlər yüksək səviyyədə ətraflı müzakirə edilib. 

Həmrəylik amalı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayır. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan, sayı 50 milyondan artıq olan soydaşlarımızın qəlbində sönməz Azərbaycan çırağı yanır.  

Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir.

“Biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar” söyləyən ölkə Prezidenti xalqımız milli həmrəyliyin ən gözəl nümunəsini yaradıb. Artıq torpaqlarımız işğaldan azad olunub. Müstəqilliyimizin 30-cu ildönümünü qalib dövlət, torpaqlarını işğaldan azad etmiş xalq kimi tamamladıq.

44 günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə İlham Əliyevin yenilməz qətiyyəti bütün cəmiyyətimizi qələbəyə kökləndirdi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda zəfərə apardı.

Artıq Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Zəfər Qurultayı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır.

Eyni zamanda da Zəfər Qurultayı dünya azərbaycanlılarının həmrəyliyinin təzahürü olmaqla yanaşı çox mühüm mənəvi, siyasi əhəmiyyətə malik qürurverici bir tarixi hadisədir. Bütün dünya ictimaiyyəti bir daha dünya azərbaycanlılarının öz prezindenti ətrafında sıx birləşməsinə, həmrəyliyinə şahidlik etdi.  

Bir sözlə, xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Şuşada keçirilən Zəfər Qurultayı hər bir azərbaycanlıya sevinc, fəxr hissi yaşatdı.