YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanı hərbi və dipolmatik sahədə ağır məğlubiyyətə uğradan Qüdrətli Dövlət-Azərbaycan

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin  növbəti hərbi təxribatına cavab olaraq başladılmış əks-həmlə əməliyyatları bu gün qürurla, sevinclə, fəxarətlə danışdığımız  II Qarabağ müharibəsində şanlı Qələbəni bizlərə yaşatdı.

4 il ərzində itirilmiş və 30 ilə yaxın həllini gözləyən Vətənimizin ərazi bütövlüyünün bərpası 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən təmin edildi. 44 gün ərzində davam edən müharibə sözün bütün mənalarında cənab Prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasəti özündə təcəssüm etdirdi. Bu zaman biz xalqımızın öz rəhbəri ətrafında sıx birləşdiyinin, ordusuna dəstək verdiyinin, həmrəylik nümayiş etdirdiyinin şahidi olduq. Bizimlə birlikdə bütün dünya Azərbaycan Ordusunun peşəkar hərbi hazırlığına, maddi texniki bazasının yüksək səviyyədəki təminatına və müharibə dövründə proseslərin operativ idarə edilməsinə şahidlik etdi. Cəbhədə Azərbaycan Ordusu qalib gəldikcə Azərbaycan diplomatiyası da öz işini uğurla icra etdi. Biz öz gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı bütün dünyaya bir daha Azərbaycanın ədalətli mövqedə olmasını hiss etdirmiş olduq. Çünki Azərbaycan  müharibəni qanunlar və beynəlxalq hüquq çərçivəsində aparmağı bacardı, münaqişə zamanı mülki şəxslərə, mülki infrastruktura toxunmadı. Bu sadalananlar Ölkə rəhbərinin dövlətinə xidməti, xalqına xoş güzaran bəxş etmək istəyindən yaranan reallıqlar idi ki, qazanılmış uğurlar da Azərbaycan xalqının Vətən həsrətinə son qoydu. 30 ilə yaxın dağına, torpağına, suyuna, havasına həsrət qalan xalq indi öz yurduna geri dönür, əzəli el-obasına əbədi olaraq qovuşur. Artıq o torpaqlara geri dönən Azərbaycan xalqının nümayəndləri keçmiş acı dolu günləri xatırladıqca gələcəyə nikbin baxışlarla baxıb bu sözləri təkrar edəcək; Mən  artıq 30 ilə yaxın haqqı, hüququ tapdalanıb ayaqlar altına atılan və dünya birliyinin ikili standartları çərçivəsində tətbiq etdiyi   “Ədaləti” axtaran xalqın nümayəndəsi deyiləm! Mən artıq Beynəlxalq hüququ öz gücünə bərpa edən, işğal altında olan torpaqlarını cəsarəti və rəşadəti hesabına azad edən ölkənin vətəndaşıyam!

Bu qürurverici hissləri yaşamaqla yanaşı biz tariximizi, yaşadıqlarımız müsibətləri unutmamalı, erməni vadalizmini, xalqımıza qarşı sözün bütün mənalarında törədilmiş genosid siyasətini hər bir fürsətdə dünya birliyinə çatdırmağı bacarmalıyıq. Bunun üçün yaşadığımız ölkədən asılı olmayaraq Azərbaycan xalqının hər bir nümayəndəsi Azərbaycan həqiqətlərinin carçısı olmalı, Azərbaycan reallıqlarını, Azərbaycan tarixini təbliğ etməlidir.

Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı-Zəfər Qurultayındakı geniş nitqi zamanı məhz cənab Prezident bu məsələləri qarşımızda həll edilməsi vacib olan məsələ kimi konfrans iştirakçılarının, elm adamlarının, tarixçilərimizin, bir sözlə bütün vətəndaşlarımızın diqqətinə çatdırmışdır. Həm Şuşa şəhərinə, həm də digər doğma ərazilərimizə dəfələrlə səfər edən Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin çıxşlar zamanı səsləndirdiyi fikirlər, həmçinin həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər bizim qalib xalqın qalib nümayəndəsi olduğumuzun  təsdiqi və Böyük Qayıdışımızın başlanığıcıdır.

DİGƏR Xəbərlər Arxiv