YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafayeva: Ermənilərin iddiası tamamilə saxta və həqiqətdən uzaqdır

«Ermənilər tarix boyu xalqımıza qarşı qətliamlar törədiblər». Bu fikri AMEA-nı İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, ermənilərlə  qonşuluq daim soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunub. Onun sözlərinə görə, hazırda Ermənistan uydurma «erməni soyqırımının» 100 illiyini qeyd etməyə hazırlaşır.

«Amma ermənilərin bu iddiası tamamilə saxta, həqiqətdən uzaqdır. Soyqırımı ermənilər xalqımıza qarşı törədiblər. Xocalı qətliamı da bunun əyani sübutudur. Azərbaycan dövləti, cəmiyyəti soyqırımı həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində sistemli iş aparır. Beynəlxalq birlik bu məsələlərdə obyektiv olmalı, azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır»- deyə, A.Mustafayeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv