YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsinin uğurları

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent

Bu gün müstəqil Azərbaycan Respublikası Heydər Əliyev dühasının işığında hüquqi və dünyəvi-demokratik dövlət quruculuğunda inamla irəliləyir. Gənc respublikamız dünyanın sivil ölkələri arasında getdikcə böyük nüfuz qazanır. Bu gün həyatımızın bütün sahələrini əhatə edən, ictimai, iqtisadi, siyasi, mənəvi əhəmiyyətli Heydər Əliyev platforması hər yerdə müvəffəqiyyətlə həyata keçirilir.

Dünyanın ən nüfuzlu siyasi xadimlərindın biri, zəngin və çoxillik dövləti idarəetmə təcrübəsinə malik, humanist və müdrik insan olan Heydər Əliyev məktəbi dünya dövlətləri ilə sıx sırada gələcək inkişafımızı təmin edən böyük və öyrənilməsi çox vacib olan bir məktəbdir. Bu məktəbi öyrənən hər bir mütəxəssis ixtisası və fəaliyyət sahəsinə aid normativ sənədlər və ideyalar əldə edə bilib, öz əməli fəaliyyətlərində proqram sənədi kimi istifadə edir.

Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişafında əvəzedilməz xidmətlər göstərmiş, səhiyyə və təbabət həmişə onun diqqət mərkəzində olmuş və insanın sağlamlığına xüsusi diqqət yetirmişdir. H.Əliyevin  bu sahəyə xüsusi diqqət yetirməsinin üç əsas səbəbi var.

Öncə, humanist və müdrik olan dahi şəxsiyyətin həyatının ən qiymətli meyarı insan amili olmuşdur. İnsanın sağlamlığına qayğı, fəal həyat mövqeyi onun ali məqsədinə çevrilmişdir.

İkincisi, dünyada şöhrət qazanmış görkəmli həkim, akademik Zərifə xanım Əliyeva kimi bir şəxsiyyətin onun həyat yoldaşı olması, təbabətlə bağlılığı ulu öndəri bu sahəyə daha fəal qayğı göstərməyə sövq etmişdir.

Nəhayət, Azərbaycanın gözəl təbiəti, burada yaşayan insanların da sağlam olması, habelə, Azərbaycanın uzunömürlülər diyarı kimi tanınması Heydər Əliyevi bu ənənəni daim inkişaf etdirməyə ruhlandırmışdır.

Ulu öndər insan sağlamlığının həyatda ən əziz və ən müqəddəs nemət olduğunu dəfələrlə göstərərək Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu sahədə çox mühüm dövlət əhəmiyyətli qərarlar qəbul etmişdir.

Altmışıncı illərin sonu, 70-ci illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yeni bir era başlandı. Bu dövrdə ümummilli liderimiz əsl səhiyyə işçisi kimi fəalliyət gostərmiş, səhiyyə ocaqlarının yenidən qurulmasını, təkmilləşdirilməsini və abadlaşdırılmasını həmişə diqqət mərkəzində saxlamışdır.

1970-1973-cü illərdə Azərbaycan Respublikasında təkcə ana və uşaqların sağlamlığı ilə məşğul olan müəssisələrin sayı 150-dən 180-ə çatdırıldı.

Dahi rəhbər 1976-cı il yanvarın 28-də söylədiyi nitqində səhiyyə qarşısında konkret vəzifələr qoyaraq göstərmişdir ki, Səhiyyə Nazirliyi zəhmətkeşlərin sağlamlığı sahəsində bütün tədbirləri yaxşılaşdırmalıdır. Bu çıxışdan irəli gələn vəzifələr yerinə yetirilərək 1972-1982-ci illərdə şəhər və rayonlarda fəaliyyət göstərən xəstəxana və ya poliklinikaların 45,6 faizi yeni binalarla təmin edildi.

Həmin dövrdə Klinik Uroloji Xəstəxana, Neyrocərrahiyyə Mərkəzi, Əhalinin Reablitasiya Mərkəzi açıldı, Elmi- Tədqiqat Oftalmologiya, Elmi-Tədqiqat Urologiya institutları yeni binalara köçürüldü

XX əsrin 70-ci illərində tibbi fənlərin tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradıldı. Ulu öndər hər sahədə olduğu kimi, Azərbaycanın səhiyyə sisteminin və Azərbaycan Tibb İnstitutunun da maddi-texniki bazalarının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayırdı.Kadr məsələsinə həmişə böyük diqqət yetirən və qayğı göstərən dahi öndərimiz ADTİ-nin professor və müəllimləri ilə görüşündəki nitqində göstərmişdir ki, cəmiyyət qarşısında məsuliyyət hər birimizdən tələb edir ki, ... hər bir məzunumuz yüksək dərəcəli mütəxəssis olsun. Doğrudan da, Heydər Əliyev dövründə tibbi təhsil almış və bu gün səhiyyə sahəsində böyük nailiyyətlər qazanmış yüzlərlə həkimlərimiz onun dühasının işığından bəhrələnmişlər.

Sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsində qazanılmış uğurlarla yanaşı, Azərbaycan müstəqillik dövründə səhiyyə sahəsində də mühüm nailliyətlər qazanmışdır.Keçid dövründə digər sahələrlə yanaşı, səhiyyə sahəsində də böyük dəyişikliklər edildi.

1995-ci il noyabrın 12-də Heydər Əliyevin çoxillik dövlətçilik təcrübəsinin nəticəsi kimi müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu. Konstitusiyanın 39-cu maddəsində “Sağlam ətraf mühitdə yaşamaq hüququ” və 41-ci maddədə “Sağlamlığın qorunması hüququ” qanunvericiliklə təsdiq edildi. Konstitusiyaya uyğun olaraq ölkəmizin həyatında və tarixində çox böyük əhəmiyyət kəsb edən və müstəsna rol oynayan “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildi. 15 iyun 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun təsdiq edilməsi haqqında Fərman imzaladı. Bu Qanun hazırda əhalinin sağlamlığı keşiyində duran hər bir səhiyyə işçisinin proqram sənədinə çevrilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlığın qorunması sahəsində vətəndaşların bir çox təbəqələrinin hüquqları, tibbi sosial yardım almaq, sosial sığorta hüququ, tibb və əczaçılıq işçilərinin hüquqları və sosial müdafiəsi və s. məsələlər öz əksini tapmışdır.

İnsana, onun sağlamlığına həmişə qayğı göstərən müdrik və alicənab bir şəxs olan Heydər Əliyev 1996-cı ildə əhalinin sağlamlığı ilə əlaqədar daha iki sərəncam imzalamışdır. “Qan və qan komponentlərinin donorluğu haqqında” və “İnsanın immun çatışmazlığı virusu”nun törətdiyi xəstəliyin – “AİDS”in yayılmasının qarşısını alınması haqqında” sərəncamları ümummilli liderin sağlamlıq və sosial sahədə keçirdiyi müdrik siyasətin nəticəsi idi.

1990-1995-ci illərdə respublikamızda geniş yayılan polimelit xəstəliyinin aradan qaldırılmasında Heydər Əliyevin xidməti unudulmazdır. Onun 1996-cı ildə peyvənd tədbirində və Ümumdünya Sağlamlıq Günündə şəxsən iştirakı bu peyvəndin dövlət səviyyəsində keçirilməsini bir daha sübut etdi.

1997-ci ildə Prezident sarayında keçirilən respublika müşavirəsində ulu öndərimiz yoluxucu xəstəliklərə, xüsusən malyariya və vərəm xəstəliklərinə qarşı mübarizəni dövlət səviyyəsində aparılması vəzifəsini irəli sürdü.

Heydər Əliyevin iştirakı ilə özəl tibb xidməti şirkəti – “Medi Klab”, “Respublika Artoloji Mərkəzi”, “Ailə Sağlamlıq Mərkəzi” əhalinin xidmətinə verilmiş, Respublika Milli Onkologiya Mərkəzinin və Elmi-Tədqiqat Oftalmologiya institutlarının tikintisi başa çatdırılmışdır.

Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafının unudulmaz və bitib-tükənməz Heydər Əliyev mərhələsi yenə də geniş yoldadır.

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycanda  səhiyyə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmişdir.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq ayrı-ayrı bölgələrdə yeni səhiyyə ocaqlarının tikilməsi ilə yanaşı, doğma Lənkəranımızda Müalicə Diaqnostika Mərkəzinin, Əlillərin Regional Bərpa Mərkəzinin, Neonatal mərkəzin və Uşaq sağlamlıq mərkəzinin  tikilib istifadəyə verilməsi, mərkəzi rayon xəstəxanasının əsaslı şəkildə təmiredilməsi, kəndlərdə tibb  məntəqələrinin yenidən tikilərək əhalinin istifadəsinə verilməsi  və s. dövlətimizin əhalinin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun da müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

Bu gun biz hər addimda  səhiyyənin inkişafına dövlət tərəfindən daim yüksək diqqət və qayğının şahidi oluruq. Son vaxtlar səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində mühüm işlər görülür. Bunlar   dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.

 Əziz həmvətənlər!!!

 Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyevin xatirəsi də yaşayacaqdır!!!

 Nə qədər Azərbaycan var Heydər Əliyev siyasəti qalib gələcəkdir!!!

DİGƏR Xəbərlər Arxiv