YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Müqəddəs Şəhər” adlı sərgi və konsert tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının  27 nömrəli ərazi partiya təşkilatı, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəbi və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa Dövlət Rəsim Qalereyası ilə birlikdə Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Müqəddəs Şəhər” adlı sərgi və konsert tədbiri keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən 27 nömrəli ərazi partiya təşkilatının sədri Fikrət Mikayılov bildirib ki, artıq ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. O vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır.

Daha sonra çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Bayram Cəfərli bildirib ki, Mədəniyyət müəssisələrimiz, mədəniyyət işçilərimiz bərpa və quruculuq, dirçəldilmə işlərinin önündə getməlidir, çünki doğma Şuşamız Azərbaycan mədəniyyətinin, mənəviyyatımızın, ədəbiyyatımızın, musiqimizin beşiyi, eləcə də, həmişə bu ənənələrin əsasını qoyanların tarixi vətəni olmuşdur. Ən azı, bunlar bizi bu yolda yorulmadan çalışmağa və cənab Prezidentin çağırışına səs verməyə səfərbər etməlidir.

Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.

DİGƏR Xəbərlər Arxiv