YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa İli”nə həsr olunmuş şahmat yarışı keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının, İmişli rayon Təhsil şöbəsinin və İmişli Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Şuşa İli”nə həsr olunmuş idmanın şahmat növü üzrə rayon birinciliyi keçirilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən geniş söhbət açıb. Şahmat məktəbinin direktoru Aqşin Mürsəlov isə yarış iştirakçılarına Azərbaycanın mədəniyyət diyarı Şuşa haqqında ətraflı məlumat verib.

Sonra yarışlara start verilib. Qalib komandalara diplomlar təqdim edilib.