YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə şəhid övladının doğum günü qeyd olunub

Göygöldə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn kəşfiyyatçı Azər Eldarzadənin oğlu Urfanın doğum günü münasibəti ilə Vətən qəhrəmanının ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təşkilatın əməkdaşları, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Araz Abbasov şəhidin ailəsinə baş çəkib, balaca Urfanı 3 yaşı münasibətilə təbrik ediblər.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhid övladına hədiyyə təqdim edib, ailənin qayğı və problemləri ilə maraqlanıb.

Təşkilat sədri şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv