YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qurultayına gedən yol dünəndən bu günə

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra müstəqil xarici siyasət yeritməyə başladı. Bu siyasət dövlətçiliyin sistemli şəkildə möhkəmlənməsinə və inkişafına, milli maraqların qorunmasına yönəlmişdi. Müasir dövrdə Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, habelə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında qurur.

Azərbaycan diasporunun digər təşkilatlarının yaradılmasında əsas məqsəd Azərbaycanın dövlət hakimiyyətinin möhkəmlənməsinə, iqtisadi yüksəlişinə və elmi-texniki tərəqqisinə yardım etmək, Azərbaycan dövləti və xalqının kifayət qədər təhlükəsizliyini təmin etməkdir. Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək üçün Azərbaycana iqtisadi, elmi, informasiya, təhsil, humanitar, texnoloji, mədəni və digər yardımların göstərilməsi, dünya azərbaycanlılarının milli özünüdərk və özünütəşkilat səviyyəsinin yüksəldilməsi, beynəlxalq münasibətlərin və dünya iqtisadiyyatının qloballaşması şəraitində azərbaycanlıların iqtisadi potensialının artırılması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yardım, sülhün qorunması naminə Azərbaycan xalqının səylərinin birləşməsinə və möhkəmlənməsinə kömək etmək də diaspor təşkilatlarımızın əsas prinsipləri arasındadır.

Hazırda demokratiya və bazar iqtisadiyyatı yolunu seçmiş ölkəmizin qarşısında “Güclü dövlət” konsepsiyasını reallaşdırmaq, siyasi və iqtisadi kurs seçmək, dünya birliyində öz yerlərini tapmaq kimi mühüm məsələlər vardır. Bütün bunlar bu dövlətlərdə baş verən hazırkı siyasi, sosial-iqtisadi və digər prosesləri dərk etməyi zəruri edir. XX əsrdə Azərbaycan xalqı dünyaya dahi siyasətçi və böyük dövlət xadimi, Azərbaycan dövlətçiliyinin xilaskarı - Heydər Əliyev bəxş etmişdir. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar qarşısında çoxsaylı çıxışlarında diaspor quruculuğu siyasətinin məqsəd və vəzifələrini müəyyənləşdirdi. 2001-ci ilin noyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Onun nəticələrinə əsasən 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” yaradılmışdır. Azərbaycan Respublikasının milli maraqların qorunmasına xidmət edən balanslaşdırılmış xarici siyasət kursunun işlənib hazırlanması və həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövlətçilik hissi, dərin məntiqi və məsələlərin mahiyyətini dərindən dərk etmək bacarığı sayəsində düzgün qərar vermək mümkün oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti Heydər Əliyev ideyalarına sədaqət çərçivəsində həyata keçirilir. Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Respublikası hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Bütün qitələrə səpələnmiş 50 milyonluq Azərbaycan xalqı yeni intibah dövrünə qədəm qoymuşdur.

1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlar son 26 ildə heç bir nəticə verməmiş, əksinə, onsuz da mövcud olan vəziyyəti daha da gərginləşdirmişdir.

44 günlük Vətən Müharibəsində şanlı qələbə qazanan qüdrətli Azərbaycan ordusu öz ərazilərinin işğaldan azad etdi. İkinci Qarabağ müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldi. Müharibə zamanı Azərbaycan 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edib, noyabrın 10-da qəbul edilmiş birgə bəyanata əsasən dekabrın 11-dək daha 3 şəhər Azərbaycana qaytarılmışdır.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə iqtisadi cəhətdən bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Azərbaycan digər ölkələrlə qarşıdurma yox, dinc əməkdaşlığa can atır. Azərbaycan digər dövlətlərin və xalqların hüquqlarına hörmətlə yanaşır, onlarla dostluq, qarşılıqlı etimad, bərabərlik, tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq münasibətlərinə üstünlük verir. Yekun olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda geosiyasi və geoiqtisadi mühiti dəyişməsi ilə yanaşı, həm də bu regionda yeni qüvvələr balansının formalaşmasına töhfə verdi. Bütün bu uğurlarımıza görə xalqımızı “Dəmir yumruq” kimi birləşdirən cənab prezidentə təşəkkür edir, ona minnətdarlığımızı bildiririk.

Xaricdə yaşayan azərbaycanlılarla əlaqələri daha da gücləndirmək, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyi təmin etmək, Azərbaycan icmalarının fəaliyyətini möhkəmləndirmək və əlaqələndirmək məqsədilə 2001-ci ildən Dünya Azərbaycanlılarının Qurultayı keçirilir. Dünya Azərbaycanlılarının V Qurultayı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən tapdağından azad etdiyi Azərbaycanın mədəniyyət paytaxtı - Şuşada keçirilib. Çünki, Şuşa dünya azərbaycanlılarının həmrəyliyinin rəmzidir. Sevindirici haldır ki, ölkəmiz inkişaf yolunda uğurla addımlayır. Ölkəmizin inkişaf və tərəqqi etməsində diaspor təşkilatlarının fəaliyyəti də mühüm yer tutur. Biz inanırıq ki, gələcəkdə də dünya Azərbaycanlıları bir yumruq kimi birləşəcək və tərəqqi yolunda uğurla addımlayacaq. Dünya Azərbaycanlılarının V Qurultayını daha əvvəlki qurultaylardan fərqləndirən ən mühüm aspekt onu şanlı zəfərimizlə - Şuşanın azad olması ilə əlaqədar olmasıdır.