YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qırğızıstan əlaqələri sürətlə inkişaf edir

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan və Qırğızıstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı birgə yaradılmış Dövlətlərarası Şura və Strateji Tərəfaşlıq haqqında qəbul edilmiş bəyannamə qarşılıqlı fəaliyyətin keyfiyyətini artıracaqdır. Dövlətlərası Şuranın vasitəsilə regional, qlobal problemlər davamlı olaraq müzakirə ediləcək və əməkdaşlığın səmərəliliyi yüksələcəkdir. Yeni qəbul edilmiş Bəyannamə ilə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində ölkələrin bir-birinə göstərdiyi dəstək artaraq pik həddə çatacaqdır.

Son illər ərzində Azərbaycan şirkətləri İstilik Elektrik Stansiyaları, Günəş Elektrik Stansiyaları, Külək Elektrik Stansiyaları yaratmaqla kifayət qədər təcrübə toplayıblar. Bu sahə üzrə ikitərəfli əməkdaşlığın olması hər iki ölkənin enerji sektorunun inkişafına gətirib çıxara bilər. Eləcə də, ölkəmizdən bütün istiqamətlərə yük daşınmasına  imkan verən nəqliyyat infrastrukturunun səmərəli fəaliyyəti üçün Azərbaycan və Qırğızıntan öz imkanlarını birləşdirməyə çalışır. Digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafı istiqamətində də əlaqələrimiz ildən-ilə yeni mərhələlərə çatır.

İki ölkə arasında oxşar tarixin və mədəniyyətin mövcud olması əlaqələri gücləndirən digər dəyərdir. Qırğızıstan Respublikası Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi fikrini dəstəkləmişdir. Azərbaycanın irəli sürdüyü bu təşəbbüsün dəstəklənməsi dövlətlərarası münasibətlərin yuxarı səviyyədə olmasının göstəricisidir. Burada hər iki ölkə liderinin rolu danılmazdır.

DİGƏR Xəbərlər Arxiv