YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Virciniya Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib

Əsası ABŞ-ın müstəqillik bəyannaməsinin müəllifi, habelə bu ölkənin üçüncü prezidenti olmuş Tomas Ceferson tərəfindən qoyulmuş Virciniya Universitetində Azərbaycana həsr edilmiş tədbir keçirilib. Universitetin azərbaycanlı tələbəsi Nərmin Hüseynova tərəfindən təşkil edilən tədbirdə çoxsaylı tələbə və müəllim-professor heyəti ilə yanaşı, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
Səfir E.Süleymanov çıxış edərək Azərbaycanın tarixi, müasir dövrü və ABŞ-Azərbaycan ikitərəfli münasibətləri barədə məlumat verib.

Daha sonra tədbirin aparıcısı, Universitetin Rusiya və Avrasiya məsələləri üzrə proqramının professoru Alen Linç və regionumuzla maraqlanan tələbələr tərəfindən Azərbaycanın enerji siyasəti və regional siyasi məsələlərə dair suallar verilib.
Sonda Azərbaycan milli mətbəxinin təamları, eləcə də milli mədəniyyət nümunələri nümayiş etdirilib.