YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan neftinin Avropada əsas idxalçıları İtaliya, Almaniya və Fransadır

Azərbaycan nefti dünyanın 30 ölkəsinə ixrac edilir, bu ölkələrin coğrafiyası daima genişlənir. Əvvəllər Aralıq dənizi hüdudlarından kənara Azərbaycan neftinin ixrac həcmi 10-15 faiz idisə, indi bu göstərici 45 faizə çatıb. Hazırda Azərbaycan neftinin Avropada əsas idxalçıları İtaliya, Almaniya və Fransadır.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsinin təmsilçisi Adil Abışov Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransındakı çıxışında deyib. Asiya ölkələrinə ixracatda artım olduğunu deyən A.Abışov bildirib ki, SOCAR neft məhsullarının ixracının 20 faizini bu qitənin ölkələrinə reallaşdırır. Dövlət Neft Şirkətinin ixrac etdiyi neftin 12 faizi isə Gürcüstanın payına düşür.