YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Uğurlar nəinki Azərbaycan xalqına, eləcə də dünyanın bir çox xalqlarına fayda verir

«Hər bir dövlətin müstəqil siyasəti onun beynəlxalq aləmdə baş verən hadisələrə münasibətində, ölkənin sosial-iqtisadi inkişafında, daxili və xarici məsələlərin sərbəst həll edilməsində ifadəsini tapır. Bu gün Azərbaycan dövləti bu yöndə dünyaya bir nümunədir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, müstəqil siyasət yürütmək, kiminsə diktəsi ilə hərəkət etməmək Azərbaycanın bugünkü sürətli inkişafının əsasıdır. Onun sözlərinə görə,  Azərbaycan xalqı öz rəhbərinin müstəqil siyasət yeritmək bacarığını, diplomatik uğurlarını yüksək qiymətləndirir. 

«Həyata keçirilən çox mühüm layihələr, çox əhəmiyyətli tədbirlər, bağlanmış müqavilələr, keçirilən görüşlər, yaradılan dostluq əlaqələri, bilavasitə dövlətimizin müstəqil siyasətinin  uğurlarıdır və bu uğurlar ildən-ilə artmaqdadır. Sözsüz ki, bu uğurlar nəinki Azərbaycan xalqına, eləcə də dünyanın bir çox xalqlarına, dövlətlərinə fayda verir, insanları, dövlətləri birləşdirir, qarşılıqlı etimadı və dostluğu artırır. Yaxın zamanlarda Azərbaycan ilk Avropa Oyunları kimi mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Hazırda bütün dünyanın diqqəti ölkəmizdədir. Hesab edirəm ki, Azərbaycan Birinci Avropa Oyunlarını böyük müvəffəqiyyətlə başa çatdıracaq və bütün dünyaya bir daha sübut edəcək ki, o, azad, müstəqil, demokratik, həm də ən çətin anlarda öz iradəsini ortaya qoyan və onu qətiyyətlə müdafiə edib həyata keçirməyə qadir olan bir dövlətdir» - deyə T.Rzayev daha sonra sözlərinə əlavə edib.