YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyi daha bir nəfərin adını arzuedilməz şəxslər siyahısına daxil edəcək

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, “Nyu-York Times” qəzetində məqaləsi dərc olunan Set Kuqel adlı şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunu pozub.
H.Hacıyev qeyd edib ki, bu şəxsin Azərbaycanın işğal olunmuş ərazilərində obyektiv vəziyyəti təhrif edən məqaləsi əslində “Nyu-York Times” qəzetinin oxucu auditoriyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir. Belə bir yazının “Nyu-York Times” qəzetində özünə yer alması təəssüf doğurur.
Bildirilib ki, erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmayıb.
İşğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən “Nyu-York Times” qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır. Bu şəxsin adı arzuedilməz şəxslər siyahısına daxil ediləcək.