YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pan Gi Mun inkişafa sərmayə qoyulmasını təklif edib

BMT-nin Baş Məclisində inkişafın maliyyələşdirilməsində işgüzar dairələrin roluna dair ikigünlük diskussiya keçirilir.
Diskussiyada BMT-nin Baş katibi Pan Gi Mun da iştirak edib.
BMT Baş katibinin fikrincə, bu gün bəşəriyyətə inkişafın maliyyələşdirilməsinin səmərəli mexanizmi lazımdır. Bunun üçün isə biznes strukturları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığını genişləndirmək vacibdir.
Pan Gi Mun investisiyalar barədə qərarların qəbulunda işgüzar dairələrin nümayəndələri üçün iqtisadi və sosial aspektləri nəzərə almağa imkan verəcək strategiya hazırlamağı təklif edib.
Xatırladaq ki, iyun ayında Əddis-Əbəbə şəhərində İnkişafın Maliyyələşdirilməsi üzrə Üçüncü Beynəlxalq Konfrans keçiriləcək.
Forumun yekunları əsasında bu sahədə siyasi deklarasiyanın və fəaliyyət planının qəbul olunacağı gözlənilir.