YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda eyni gündə doğulub, eyni gündə şəhid olan əkiz qardaşların xatirələri anılıb

Ağdam rayonunda Vətən müharibəsində şəhid olan əkiz qardaşlar Tacir Allahverdiyev və Nazir Allahverdiyevin doğum günlərində xatirələri anılıb.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və partiya fəalları, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Tacir və Nazirin təhsil aldıqları məktəbin müəllim və şagird heyəti şəhid qardaşların məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhidlərin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub. Tədbir iştirakçıları şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.