YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Səbuhi Süleymanovun doğum günü məzarı başında qeyd olunub

Ucarda şəhid Süleymanov Səbuhi Ələkbər oğlunun 25-ci doğum günü uyuduğu Bərgüşad kənd qəbiristanlığında məzarı başında qeyd olunub.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və partiya fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov və şəhid ataları iştirak ediblər.

Mərasimə gələnlər şəhidin məzarı önünə tər-çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Çıxışlarda şəhid Səbuhi Süleymanovun şərəfli ömür yolundan danışılıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib.

Bərgüşad kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsi şəhidləri Abdullayev Sədulla Cabbar oğlunun və Beydullayev Sahib Əlövsət oğlunun da məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Daha sonra tədbir iştirakçıları şəhid ailəsinin təşkil etdiyi iftar süfrəsinə qatılıblar.

Qeyd edək ki, Səbuhi Süleymanov 2020-ci ildə noyabrın 9-da Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Prezidentin Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşuanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.