Xəbərlər
Zahid Oruc: Sarkisyan hakimiyyətdə olduğu illər ərzində erməni xalqına böyük zərbələr vurub

«Serj Sarkisyan hakimiyyətdə olduğu illər ərzində erməni xalqına böyük zərbələr vurub». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, artıq xarici ölkələrin ictimai və siyasi həyatında aktiv mövqeyə malik olan erməni diaspora birlikləri Sarkisyanı qəbul etmirlər. Onun sözlərinə görə, bu isə öz-özlüyündə dövlətlə diasporalar arasında ciddi böhran vəziyyəti yaradır.
«Diaspor təşkilatlarının təmsilçiləri Sarkisyan rejiminin əleyhinə çox kəskin bəyanatar səsləndirirlər. Bütün bu hadisələr saxta “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə də özünü büruzə verəcək. Yəni vahid mərkəzdən idarə olunan tədbirlərdən danışmaq mümkün olmayacaq. Çünki Sarkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir»- deyə, deputat qeyd edib.