YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Heydər Əliyev ana dilimizin qorunmasında, inkşaf etdirilməsində böyük cəsarət və qətiyyət nümayiş etdirmiş, müstəsna xidmətlər göstərmişdir

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev ana dilimizin qorunmasında, inkşaf etdirilməsində böyük cəsarət və qətiyyət nümayiş etdirərək müstəsna xidmətlər göstərmişdir. 70-ci illərin ortalarından başlayaraq, SSRİ-nin tərkibinə daxil olan respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gəlsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra  milli respublikaların rəhbərləri bu məsələni gündəmə gətirməkdə aciz idilər. Bütün maneələrə və çətinliklərə baxmayaraq, həmin dövrdə Azərbaycan Respublikasının rəhbəri olan Ümumilli Liderimiz Heydər Əliyev dil məsələsində böyük cəsarət, vətənə sadiqlik göstərərək, öz mövqeyini qətiyyətlə ortaya qoymuşdur. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyev məruzə ilə çıxış edərək 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi verilməsini təklif etmişdir. Ümumilli Liderimizin qətiyyətli, dönməz və ardıcıl mübarizəsi öz bəhrəsini vermişdir. Belə ki, 1978-ci il  aprel ayının 21-də  qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndər  Heydər Əliyevin bu təklifi və təşəbbüsü əks olunmuşdur. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bundan başqa Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində bir çox addımlar atmışdır: “Bu adımlara misal olaraq, dilçi alimlərə yüksək diqqət və qayğı göstərilmiş, milli dildə nəşr edilən kitabların tirajlarının sayı artırılmışdır”.

Ulu Öndər Heydər Əliyev növbəti dövrlərdə də Azərbaycan dilinin işlənməsi, inkişaf etdirilməsi və qorunması məsələlərini xüsusi diqqətdə saxlamışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümumilli Liderin dövlət dili sahəsindəki mövcud problemlərin həllinə xidmət edən siyasətinin davamı olaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır – deyən Sədaqət Vəliyeva əlavə edib ki,  müvafiq Fərmana uyğun olaraq Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan başqa,  Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir:

“Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını söyləməsi Ulu Öndərimizin Azərbaycan dilinə verdiyi böyük dəyərin göstəricisidir.”

DİGƏR Xəbərlər Arxiv