YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilini qorumaq hər birimizin müqəddəs borcudur

Naqif Həmzəyev

Milli Məclisin deputatı

Tarixin sərt sınaqlarından mətanətlə çıxan Azərbaycan xalqının ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, Ümummilli lider kimi əbədilik qazanan Heydər Əliyevana dilimizin dövlət dili olması uğrunda ardıcıl mübarizə aparıb,bütün qüvvələri bumübarizəyəsəfərbər edib.

XX əsrin 70-ci illərinin ortalarında ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb etdiyi bir dövrdə Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə gündəmə gətirib. Dahi şəxsiyyət 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” təşəbbüsü ilə çıxış edir. Bu tarixi təşəbbüs 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə yazılır.

Ümummilli lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” müdrik kəlamı ana dilimizə olan məhəbbətin bariz nümunəsidir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyev Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirirdi.

Məhz, “Azərbaycan xalqının dilionun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən Ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqının mütləq böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev Ulu öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar əvəzedilməzdir. Dövlət Başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılmasına xidmət edir.

“Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Milli qürurumuzu özümüzə qaytarıb, bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrədən Ulu öndərin bu müdrik kəlamını rəhbər tutaraq, Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının müqəddəs borcudur.