YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə futbol üzrə rayon çempionatının açılış mərasimi olub

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü və Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayonun Qəzli kəndində futbol üzrə rayon çempionatının açılış mərasimi olub. Mərasimi açıq elan edən rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev futbolçuları salamlayaraq, yarış haqqında məlumat verib. Qeyd olunub ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin ideyalarını yaşatmaq, kəndlərdə yaşayan gənclərin idmana cəlb olunması və idmanın kütləviliyinin artırılmasıdır.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov, Quruzma kənd ərazi nümayəndəsi Abdul Babayev çıxışlarında ümummilli lider Heydər Əliyevin daim gənclərə və idmana diqqət və qayğısından söhbət açıb.

Daha sonra yarışlara start verilib. İlk turda Qaragüney və Qəzli kənd futbol komandaları qarşılaşıb.

Qeyd edək ki, 19 kənd komandasının iştirak etdiyi yarışlar may ayının 6-na kimi davam edəcək.