YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdeoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu müzakirə olunub

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin roluna həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və təşkilat nümayəndələri, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi, demokratiyanın bərqərar olduğu, ərzilərimizin işğaldan azad olunduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkən E.Hüseynov təbliğat işində Ulu Öndərin irsinin, Cənab Prezidentin siyasətinin, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyinin, Vətən Müharibəsi Zəfəri, Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik mövzularına geniş yer verilməli olduğunu bildirib. O, təbliğat işlərində gənclərin yaxından iştirakının vacibliyindən danışaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı gəncləri Azərbaycan həqiqətləri, tarixi, bu günü, mədəniyyəti, milli-mənəvi dəyərləri, ölkəmizin inkişafı, həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. Xocavənd gənclərinin hər zaman öndə olduğunu qeyd edən E.Hüseynov çıxışında gənclərimizin informasiya müharibəsində bundan sonra da əzmlə çalışacaqlarına əminliyini ifadə edib.

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva çıxış edərək rayonda aparılan ideoloji maarifləndirmə işlərindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv