YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması mövzusunda təqdimat-seminar keçirib

Aprelin 8-də Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusunda dövlət və özəl sektoru təmsil edən sığortaedənlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə təqdimat-seminar keçirib.

Tədbiri giriş sözü ilə açan DSMF sədrinin müavini Zakir Babayev ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi barədə danışıb.
Bildirilib ki, DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər aşağıdakı 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə; hamiləliyə və doğuma görə; uşağın anadan olmasına görə; uşağa qulluğa görə və dəfn üçün müavinət.
Qeyd olunub ki, qüvvədə olan qanunuvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir.