Xəbərlər
Məşhur diplomat Henri Kissincer III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək
Amerika Birləşmiş Ştatlarının dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə tanınmış diplomat və ekspert Henri Kissincer III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün aprelin sonunda Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Henri Kissincerin “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü H.Kissincer 2014-cü ildə Mərkəzin xüsusi qızıl medalı ilə təltif olunub.
H.Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb.
H.Kissencer hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.