YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nüfuzlu beynəlxalq təşkilatın ölkəmizlə bağlı rəsmi mövqeyi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri  

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Qürurverici haldır ki, hazırda respublikamızın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Ötən il noyabrın 10-da Ermənistan üzərində qələbənin rəsmən elan olunması və 30 illik işğala son qoyulması ölkəmizin dünya birliyindəki reytinqini daha da artırdı. Ona görə ki, 30 il ərzində qüdrətli dövlətlərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri Qarabağ münaqişəsini Azərbaycan 44 gün ərzində yoluna qoydu.

Ölkəmizdə xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Son illərdə beynəlxalq aləmdə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqları əsas götürərək, xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar gələcəyə ümidlə baxmağa əsas verir.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı getdikcə genişləndirdi. Bu gün respublikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxlu sayda digər təşkilatlara üzvlüyü bundan xəbər verir.

Ölkəmiz sədrliyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir, eləcə də, yüksək səviyyəli görüşləri layiqincə keçirərək, qaldırılan problemlərin həllinə nail olur.  Bu müddət ərzində Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi, genişmiqyaslı fəaliyyəti daim diqqət mərkəzində olub. Ölkəmizə böyük etimad göstərilərək, həmin qurumlara sədrlik etmək Prezident İlham Əliyevin düşünülmüş xarici siyasət kursunun məntiqi nəticəsi idi.

Avropa İttifaqı formal olaraq 1993-cü ildə Maastrixt müqaviləsinə əsasən təsis edilib, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin əsası təsis edildiyi tarixdən etibarən qoyulub. Lakin münasibətlərin hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə çoxtərəfli əməkdaşlıq platforması olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Bu gün Azərbaycan nüfuzlu ölkə kimi Avropa İttifaqında geniş nüfuz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanın Beynəlxalq münasibətlər sistemində ki uğurlarının bariz nümunəsidir.

Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktorudur və özünün milli maraqlarına görə inteqrasiya etməkdədir.

DİGƏR Xəbərlər Arxiv