YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın artan beynəlxalq nüfuzu ölkənin inkişaf perspektivlərini müəyyən edir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri 

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırmışdır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm Yeni Azərbaycan Partiyasının sədri, həm Prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 2003-2022-ci illərdə sürətli sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, xarici siyasətdəki uğurları, beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri ilə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə keçirilən əhəmiyyətli tədbirlər, görüşlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqlar sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, dövlətimizin başçısının da dünya birliyində şəxsi nüfuzunun artmasına gətirib çıxarıb və Prezident İlham Əliyevin regionda lider olduğunu təsdiqləyir. Öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdən Azərbaycanın hər hansı bir ölkə ilə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq sülh mesajlarını ünvanlayıb, yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlər bu gün daha yüksək şəkildə inkişaf etməkdədir. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 19 il ərzində müstəqilliyini yeni qazanmış dövlətimiz tarixinin ən qüdrətli ölkəsinə çevrildi, ən güclü inkişaf mərhələsinə yetişdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldi. Azərbaycan başdan-başa abadlıq-quruculuq meydanına çevrildi. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. Son 19 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strateqiyası torpaqlarımızın işqaldan azad olunmasının ən başlıca səbəbidir.44 günlük Vətən müharibəsindəki Zəfər qürurumuzu, mənliyimizi özümüzə qaytarmışdı. Qalib dövlət kimi işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işlərinə başladıq. Dünya Azərbaycanın iqtisadi qüdrətinə bir daha şahidlik etdi. Son dövrdə ardıcıl qazanılan uğurlar respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəldib və ölkəmizi dünyanın qüdrətli dövlətləri sırasına qoşub. Xüsusilə, diplomatik sahədə əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Son illər baş verən hadisələr də təsdiqləyir ki, ölkəmizlə sıx münasibətlər qurmaq istəyən dövlətlərin sayı ildən-ilə artır.

DİGƏR Xəbərlər Arxiv