YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının söz və nüfuz sahibi olduğu Brüssel görüşündə də öz təsdiqini tapdı

Rafiq Əliyev

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərt olmuşdur.

Bu gün Avropa İttifaqının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regiondakı liderliyini qəbul etməsinin nəticəsidir ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

Odur ki, möhtərəm Prezident cənab İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub və proseslərin davamı, inkişafı üçün tərəflər arasında intensiv təmaslar qurulur, telefon danışıqları baş tutur.

Aprelin 6-da cənab Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb və bu məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür ki, bu da ölkə başçımızın diplomatik siyasətinin uğurunun bariz nümunəsidir.

Aİ Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması, Cənubi Qafqazda etimad quruculuğu ilə əlaqədar fəallıq nümayiş etdirir. Müzakirələr isə Brüsseldə müəyyən olunmuş sülh gündəliyi əsasında davam etdirilir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, kommunikasiyaların bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər sülh gündəliyinə daxildir. Səsləndirilən fikirlər isə postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvənin - söz və nüfuz sahibinin Azərbaycan olduğunu bir daha təsdiqləyir.

Görüşdə diqqət mərkəzində olan məsələlərdən biri də enerji təhlükəsizliyi olub. Təbii ki, bu, proseslərin Avropanı enerji böhranına doğru apardığı hazırkı şəraitdə xüsusilə önəmlidir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Bu isə ölkəmizə olan inamın sonsuzluğunun nümunəsidir. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur.

Regional təhlükəsizliyə dair fikir mübadiləsinin aparılması ilk növbədə, təhlükəsizlik məsələsində Cənubi Qafqazın lider dövlətinin Liderinin - Azərbaycan Respublikasının Prezidentinin fikir, rəy və mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü bir daha təsdiqləyir və Azərbaycanın bölgənin geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir, Bakının nüfuzunu, prestijini əks etdirir.

Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlərdən görürük ki, Azərbaycan Vətən müharibəsindəki qələbəni postmüharibə dövründə  də siyasi sferada uğurla və inamla davam etdirir, yüz illik regional siyasi vəziyyəti dəyişdirərək bölgədə yeni nizam yaradır. Brüsseldə keçirilmiş görüş bunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də ölkəmizin maraq və mənafelərini bir daha qətiyyətlə təmin etdi.

Hazırda Ermənistanda gedən prosesslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, ölkə başçımızın siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın hər cəhdlə sülh prosesini ləngitmək cəhdləri iflasa uğrayır.

6 aprel görüşü, Prezident ilham Əliyevin atdığı addımlar artıq beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. ATƏT-in amerkalı sabiq həmsədri Riçard Hoqland və ABŞ-ın Azərbaycandakı sabiq səfri Robert Sekuta qeyd ediblər ki, Prezident İlham Əliyevin dəqiq liderliyi ilə irəli sürdüyü sülh modeli, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır, regionu sülhə, daha yaxşı gələcəyə aparır.

DİGƏR Xəbərlər Arxiv