Xəbərlər
UNESCO-da “Kitabi-Dədə Qorqud” dastanının ilk çap versiyasının 200 illiyinə həsr olunan tədbir keçiriləcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/bbf0285012b78bc2caa2bab7f39a5f06.jpg&w=360)
Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə aprelin 15-də qurumun mənzil-iqamətgahında UNESCO-nun 70 illiyinə və türk dünyasının eposu “Kitabi-Dədə Qorqud”un ilk çap versiyasının 200 illiyinə həsr olunan “Qorqud irsi və türk dünyası” mövzusunda tədbir keçiriləcək.
Tanınmış ictimai-siyasi xadimlərin, UNESCO rəsmlərinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanı təmsil edən alim və qorqudşünasların ilk yazılı əsər hesab edilən “Kitabi-Dədə Qorqud” dastanı, onun əsas məziyyətləri və nəşr tarixi barədə elmi məruzələri dinləniləcək.
Sonda Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.