YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Əhmədoğlu: Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması ona fayda vermir

«Ermənistan elə başa düşürdü ki, Avrasiya İqtisadi Birliyinə üzv olan kimi iqtisadi durumu düzələcək. Amma ötən 3 ay ərzində Ermənistanın iqtisadiyyatında bütün sahələr üzrə geriləmələr müşahidə olunub». Bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bu məsələdə yeni tendensiyalar meydana çıxır. Onun sözlərinə görə, Ermənistana gələn mallar gömrük rüsumların Rusiyanın ərazisində  ödəyir.

«Bu Ermənistan üçün təhlükəli tendensiyadır. Bu tendensiya Rusiyanın hesabınadır. Rusiya öz işini elə qurub ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə  üzv olması ona fayda vermir»- deyə, politoloq qeyd edib.