YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda Aprel şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə Aprel şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib. Rayon ərazisində baş tutan ağacəkmə aksiyasında YAP Ağdaş rayon təşkilatının rəhbərliyi, partiya fəalları və gənclər iştirak ediblər. Aksiya çərçivəsində Heydər Əliyev meydanı və Heydər Əliyev parkında şam ağacı tingləri əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.    

Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə ərazisində mütəmadi olaraq ağacəkmə aksiyaları təşkil olunur. Bu aksiyaların keçirilməsində əsas məqsəd yaşıllıqların salınması və ətraf mühitin qorunmasına töhfə verməkdir.

Aprel şəhidlərin xatirəsinə təşkil olunan ağacəkmə aksiyasının da əsas məqsədi ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətini ətraf mühitin və yaşıllıqların qorunmasına yönəltməkdir.

YAP Ağdaş rayon təşkilatı tərəfindən bu cür aksiyaların keçirilməsi gələcəkdə də davam edəcək.