YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı  32 mindən artıq üzvü  140 ərazi partiya təşkilatında birləşdirir. Bu günlərdə təşkilatın ərazi partiya təşkilatlarının sırasına daha biri  əlavə olunub.

Həsən bəy Zərdabi prospekti-88 ünvanında   ərazi partiya təşkilatının yaradılması tədbirində çıxış edən  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin sədrlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP cəmiyyətin avanqard qüvvəsi olaraq ölkəmizin inkişafına öz davamlı töhfələrini verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir. B.Nəbiyev qeyd edib ki, Ümummilli Liderin ideyalarının təbliğatında fəal iştirak edən YAP cəmiyyətin bütün təbəqələrini əhatə edən insanları sıralarında birləşdirməklə monolitliyini gücləndirir.  

YAP Yasamal rayon təşkilatının sədri  yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb və qarşıda duran vəzifələrdən, görüləcək işlərdən söz açıb.

Yeni ərazi partiya təşkilatının yaradıldığı “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu mühüm addımı yüksək dəyərləndirərək bildirib ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir: “YAP yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə xalqın böyük etimadını qazanıb. Partiyanın sıralarının kəmiyyət və  keyfiyyət baxımından zənginləşməsində də ulu öndər Heydər Əliyev ideyalarına sədaqət, Prezident İlham Əliyevin siyasətinə inamla yanaşı, partiyanın ötən 30 ilə yaxın dövrdə dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirməsi, hər zaman ölkəmizin gələcəyini düşünərək bunu əməli fəaliyyətində təsdiqləməsi mühüm rol oynayır.  Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Hər birimiz bu məsuliyyəti dərindən dərk edərək  partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına öz töhfələrimizi verməliyik.”

Sonra təşkilati məsələyə baxılıb.  İsmayıl Hacıyev ərazi partiya təşkilatının sədri, Orxan İsrafilov isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv