YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel şəhidi Ülvin Məmmədovun anım günü qeyd olunub

Ağcabədi rayonunda Aprel döyüşləri şəhidi Məmmədov Ülvin Camaləddin oğlunun anım günü qeyd olunub.

Laçın Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində şəhidin məzarını edib, üzərinə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, Ülvin kimi Vətən oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Şəhidin ailə üzvləri göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv