YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Təbriz Cəfərovun il mərasimi keçirilib

Vətən müharibəsi şəhidi Cəfərov Təbriz İlqar oğlunun il mərasimi keçirilib.

Bərdə şəhərində keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə tər güllər düzüb, xatirələrini ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanılıb. Onlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv