YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əməkdaşlığı dəyərləndirib.

Trend-in məlumatına görə, N.Məmmədov “twitter” səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir.

PA rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: "Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür".

 

 

DİGƏR Xəbərlər Arxiv