YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə şəhidin xatirəsinə bulaq-abidə kompleksi açılıb

Bərdədə Vətən müharibəsi şəhidi Nadirov Rəşad Nadim oğlunun xatirəsinə tikilən abidə-bulaq kompleksinin açılışı olub.

Abidə-bulaq kompleksinin açılışında Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinkaya və partiya fəalları iştirak ediblər.

Çıxışlarda şəhidin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vurğulanıb ki, qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rəşad Nadirov Vətən müharibəsi zamanı Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin qardaşı Elşad Nadirov da onunla birlikdə eyni istiqamətdə döyüşdə olub və yaralanıb.