YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandanın rəhbərliyi altında 4 günlük savaşdan 44 günlük şanlı qələbəyə gedən yol

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Aprel döyüşlərində erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Əldə olunan məlumatlara görə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, məğlubiyyətin və acizliyin etirafı idi.Lakin Ermənistanın nə o zamankı rəhbəri Sarkisyan, nə də sonrakı rəhbəri Paşinyan, düşmən dövlətin generalları Aprel döyüşlərindən lazımi dərsi çıxara bilmədilər. Ermənistan rəhbərliyi 2020-ci ilin payızınadək yenə də illüziyalarla yaşamağa davam etdi, xalqına yalan vədlər verməklə məşğul oldu.

Aprel döyüşlərini Azərbaycan xalqının şanlı qələbəsinin əsas müjdəçisi də adlandırmaq olar. Bu baxımdan, Prezident İlham Əliyevin “Mən bilirəm, nəyi nə vaxt və necə həyata keçirtmək lazımdır” bəyanatı praqmatik və çevik siyasətin açıqlanması idi. Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 4 günlük savaşdakı uğurlarından və diplomatik üstünlüklərindən 44 günlük müharibədə qələbə qazanmaq üçün ustalıqla yararlandı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklər boyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi. Uzun illər boyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi.

Bəli, bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza borcluyuq.

Vətənimizin azadlığı uğurunda canından keçən bütün Şəhidlərimizə Allah rəhmət eləsin!

DİGƏR Xəbərlər Arxiv