YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid Batdal Bayraxtarovun ailə üzvüləri ziyarət edilib

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova və aparatın işçiləri 44 günlük Vətən müharibəsi şəhidi Ağbil kənd  sakini  Bayraxtarov Batdal Mikayıl oğlunun doğum günü münasibətilə, ailə üzvülərini ziyarət edib və onların qayğıları ilə maraqlanıb,  şəhidin ruhuna Allahdan rəhmət diləyiblər. 

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir. Bizim müharibəmiz azadlıq müharibəsi, ədalətli müharibə idi. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Qeyd edək ki, şəhid Batdal Bayraxtarov ölümündən sonra Prezident İlham Əliyevin Sərancamına əsasən  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən əməliyyatlarda döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi ücün "Vətən uğrunda", " İgidliyə görə" və "Füzulinin  azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin ailə üzvüləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minətdarlığlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin.