YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Alməmməd Babayevin məzarı ziyarət olunub

Salyanda 44 günlük Vətən müharibəsində şəhid olan Alməmməd Qərib oğlu Babayevin xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, Salyan rayon Gənclər İdman İdarəsinin rəisi Araz Hüseynov və əməkdaşları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Vətən qəhrəmanı Alməmməd Babayev 2020-ci il sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.