YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçayda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Göyçay rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev, Yeni Azərbaycan Partiyası Göyçay  rayon təşkilatının sədri Sahib Şükürov və təşkilatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Göyçay şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin azadlığı uğrunda canlarını fəda verən qəhrəman övladlarının məzarları üzərinə tər güllər düzüb, xatirələrini ehtiramla yad ediblər.

Daha sonra tədbirdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansız cinayətlərdən danışıblar. Bildiriblər ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Şamaxı, Göyçay, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri xalqımıza qarşı kütləvi qırğın törədiblər. Qeyd olunub ki, daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Vurğulanıb ki, Prezident İlham Əliyev tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hadisələrini, həmçinin Vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törədilən terror aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, baş verənlərə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verməyə çağırıb.