YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında 31 Mart soyqırımının 104-cü ildönümü münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 31 Mart soyqırımının 104-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, erməni millətçiləri bütün tarix boyu Azərbaycan xalqına qarşı daima düşmənçilik siyasəti yürüdüb. Müxtəlif illərdə onlar bir çox cinayətlər törədərək günahsız həmvətənlərimizi qətlə yetiriblər. O vurğulayıb ki, 31 Mart soyqırımı Azərbaycan xalqının sağalmaz yarasıdır: “30 martdan 2 aprelə qədər davam etmiş soyqırımı ərzində təkcə Bakıda 30 min azərbaycanlı qətlə yetirilib. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, bu hadisələrdə günahsız insanlar, qadınlar, qocalar və uşaqlar vəhşicəsinə işğəncə verilərək öldürülüb. Sovetlər dövründə 31 mart soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə və qeyd olunmasına icazə verilməsə də, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1998 mart ayının 26-da xüsusi Sərəncam vermiş və bu günə qədər də bu ənənəyə sadiq qalaraq 31 mart tarixi ölkəmizdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur”.

M.Nağıyev qeyd edib ki, bu gün dövlət tərəfindən aparılan uğurlu siyasət həmin hadisələrin bir daha yaşanmamasına və Azərbaycan xalqının qüdrətinin, gücünün daha da yüksüək səviyyəyə çatmasına şərait yaradır: “1918-ci il və ondan sonra erməni millətçiliyindən qidalanan oxşar faciələrin beynəlxalq səviyyədə tanınması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı dövlət siyasətinin əsas tərkib hissəsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq miqyasda uğurla aparılan "Xocalıya ədalət!" kampaniyasının həmin siyasətin tərkib hissəsidir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə isə həmin dövlət siyasətinin real nəticəsidir.

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “31 Marta aparan yol” mövzusunda məruzə ilə çıxış edib, auditoriyanın suallarını cavablandırıb.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının fəal gənci Tərlan Ağayev 1918-ci il Mart soyqırımının həm tarixi kökləri və səbəblərindən bəhs edib.

DİGƏR Xəbərlər Arxiv