YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Mixalko: Avropa İttifaqı minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir

Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro yardım göstərib. Bunun 1,5 milyonu humanitar məqsəd - minalardan təmizlənmə üçün nəzərdə tutulub. Bundan əlavə, UNICEF vasitəsilə 500 min avro məbləğində vəsait ayrılıb.

Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə aprelin 1-də Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

O bildirib ki, Aİ minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir, öz təcrübələrini bölüşür. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ekoproqram çərçivəsində əməkdaşlıq mövcuddur.

"Minalar dəhşətli silahdır və hərbçi ilə mülki əhali arasında fərq qoymur. Bunun üçün də mina qurbanlarının 80 faizi uşaqlardır. Minalardan təmizlənmə insanlar üçün lazımdır, əhalinin gələcəyi üçün bu problemlər həll olunmalıdır", - deyə Peter Mixalko qeyd edib.