YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda 31 mart qurbanlarının xatirəsi anılıb

31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədər olaraq Oğuz rayonunda günahsız qurbanların xatirəsi yad edilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman övladların xatirələrini anıblar.

Oğuz Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilat əməkdaşları, idarə-müəssisələrin nümayəndələri, gənclər və məktəblilər şəhidlərin məzarı önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.