YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qax rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib

Qax rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Yeni Azərbaycan Partiyasının Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda həlak olmuş igid həmvətənlərin məzarları üzərinə tər gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən natiqlər 1918-ci ilin 31 mart tarixində, habelə tarixin sonrakı mərhələlərində xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərdən danışaraq bunun təkcə xalqımıza qarşı deyil, regionda yerləşən digər xalqların da başına gətirildiyini vurğulayıblar. Qeyd olunub ki, erməni millətçilərinin törətdikləri vəhşiliklər, zorakılıqlar, faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb və heç vaxt yaddaşlardan silinməyəcək.