YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec və Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının məsləhətçisi Böyükağa Axundov, 2 saylı ərazi partiya təşkilatının sədri Ramin Hüccətov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Emin Həmidli, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Teymur Babazadə, kollecin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin akt zalında baş tutan tədbiri giriş sözü ilə açan direktor Ruslan Həmidov ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından bəhs edib.

Tədbirdə çıxış edən digər iştirakçılar- kollecin müəllimi Aytən Kərimova, tələbələr Rəhimə Rzazadə, Ləman Quliyeva soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd ediblər.

Sonda soyqırımı qurbanlarının xatirəsinə həsr olunan videoçarx nümayiş olunub.