YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib. Görüşün əvvəlində partiyamızın yaradıcısı, ulu öndər Heydər Əliyevin, Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin və azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, eyni zamanda rayon təşkilatı tərəfindən cari il ərzində görülən işlərdən bəhs edib. Görülmüş işlərlə bərabər qarşıda dayanan vəzifələrə toxunan Əlişah Rəcəbov bu işdə ərazi partiya təşkilatlarının üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib və onlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşları İsa Eminov və Anar Şahmuradov görüləcək işlər haqqında məlumat və təlimatlar veriblər. Gənclər və İdman idarəsi ərazi partiya təşkilatının sədri Azad Gözəlov mövzu ətrafında çıxış edərək təbliğat işlərində gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Digər ərazi partiya təşkilat sədrləri də öz fikir və təkliflərini səsləndirməklə yanaşı verilən tapşırıqları layiqincə və zamanında yerinə yetirəcəklərini bildiriblər.