YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart Soyqırımı qurbanları Göygöldə anıldı

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Gənclər evi və Gənclər idman idarəsinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda dəyirmi masa keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Türk dünyasının lideri Mustafa Kamal Atatürkün, Soyqırımlar zamanı qətlə yetirilən soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələrin də yazıldığını vurğulayaraq,  son iki əsrdə erməni vandalları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən soyqırımlardan söhbət açmış, soyqırımlara hüquqi-siyasi qiymət verilməsi sahəsində ulu öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və Fondun Vitse Prezidenti Leyla xanım Əliyevanın əvəzsiz rolundan danışıb.

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Gökhan Büktel çıxış edərək xalqımızın başına gətirilən soyqırımların mahiyyətindən danışıb, erməni faşizmi tərəfindən törədilən cinayətlərin təkcə Azərbaycan xalqına deyil, eyni zamanda türkçülüyə və bütün bəşəriyyətə qarşı yönələn geniş miqyaslı terror aktları və genosid olduğunu bildirib.

Tarixçi Elnur Hacıyev və digər natiqlər çıxışlarında xalqımızın başına gətirilən  Soyqırımların acı nəticələrindən, gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyindən və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə əldə olunmuş Zəfərdən söhbət açıblar.

Sonda 31 Mart Azərbaycanlıların Soyqırımınına həsr olunmuş videoçarx nümayiş etdirilib.