YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri və fəalları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa Gənclər Evi Sosial Xidmətlər Müəsisəsinin kollektivi iştirak ediblər.

Əvvəlcə rayondakı Şəhidlər xiyabanı ziyarət olunub. Soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.

YAP Ağstafa rayon təşkilatında davam edən tədbirdə öncə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildirib ki, 1918-ci ilin mart soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə kütləvi informasiya vasitələrində məqalələr dərc edilir. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini hər zaman xüsusi ehtiramla yad edir.

Tədbirin sonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “Mart Soyqırımı” adlı film nümayiş etdirilib.