YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə anım tədbiri keçirilib.

“Şəhidlər” abidə kompleksinin qarşısında keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının, idarə və müəssisələrin, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 31 mart soyqırımının tarixi mahiyyətindən danışmış, əsrlər boyu xalqımıza qarşı həyata keçirilən soyqırım siyasəti və insanlıq əleyhinə cinayətlərdən bəhs etmişdir.