YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minlərlə azərbaycanlı, rus, ləzgi və yəhudi erməni millətçiliyinin qurbanı oldu

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

1918-ci ilin mart soyqırımı öz qəddarlığı və miqyası ilə təkcə Azərbaycan tarixinin deyil, bütün bəşəriyyət tarixinin ən qanlı faciələrindən biridir. Həmin ilin mart-aprel aylarında  Bakı Sovetinin qoşunları və daşnak-bolşevik erməni silahlı birləşmələri azərbaycanlılara qarşı əsl soyqırımı törətmişlər, bu soyqırımın qurbanları rəsmi məlumatlara görə Bakıda, eləcə də Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəran və Salyanda, həmçinin Zəngəzurda yüzlərlə günahsız sakin olmuşdur. Törədilən soyqırıma əsas səbəb onların etnik və dini mənsubiyyəti idi.

Erməni millətçiləri xüsusi qəddarlıqla dinc əhalini, o cümlədən uşaqları, qocaları və qadınları qətlə yetirdilər. Nəinki on minlərlə azərbaycanlı qətlə yetirildi, hətta minlərlə ləzgi, yəhudi, rus, avar və talışlar qətl edildi, məscidlər, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri dağıdıldı.

“Böyük Ermənistan” mifləri və ultra-millətçilik ideyalarına aludə olan erməni millətçiləri terroru öz rəsmi siyasətlərinin tərkib hissəsinə çeviriblər. Əsas məqsəd öz təsir zonasını genişləndirmək və Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq üçün dinc əhalinin etnik təmizlənmə, deportasiya və məhv edilməsi idi. Bu, onilliklər boyu davam etdi. Erməni millətçiləri öz məqsədlərinə çatmaq üçün açıq şəkildə Azərbaycan xalqına qarşı cinayətlərə, vandalizm aktlarına, kütləvi soyqırımlara çağırırdılar.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələr bütün dünyada yaxşı məlumdur. 1988-ci ildə 200 mindən çox etnik azərbaycanlı Ermənistandan zorla deportasiya edilib. Birinci Qarabağ müharibəsi zamanı bir neçə soyqırımı aktı törədilib. Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktlarını anmaq məqsədilə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Bu gün Ermənistan azərbaycanlılara nifrətin dövlət siyasəti səviyyəsinə qaldırıldığı monoetnik ölkədir. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının iclasında dövrün Ermənistan prezidenti olan Robert Köçəryanın dediklərini xatırlamaq yerinə düşər: “Ermənilər və azərbaycanlılar genetik cəhətdən uyğun gəlmir”. Azərbaycan erməni faşizminin ifşası üçün hər şeyi edir, cinayətlər barədə ölkələri, dünya ictimaiyyətini məlumatlandırır. Bu tarixlər Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır. Bu ağrını ölkədə yaşayan bütün etnik qrupların nümayəndələri bölüşür. Azərbaycan xalqının birliyi və həmrəyliyi Azərbaycan Respublikasının suverenliyini müdafiə edərək, bütün çətinlikləri dəf etməyə, keçmişi unutmamağa, haqq-ədalətə nail olmağa və inamla irəliləməyə kömək edən əsas qüvvədir.