YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər tək Azərbaycan üçün deyil, bütün dünya üçün bir ləkədir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

XVIII əsrin əvvəllərində çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edərək, yurdsuzlara Qafqazda erməni milli dövləti yaradacağını vəd edib. Ermənilər bu vədə şirniklənərək müxtəlif bölgələrimizdə yerli əhaliyə qarşı ağlasığmaz qırğınlar törədiblər. Onlar düşünülmüş şəkildə minlərlə dinc, günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, əmlaklarını qarət etmiş, evlərini yandırmışlar.

Ermənilər öz xarici havadarlarının köməyi, himayəsi ilə Azərbaycanın ərazisində özlərinə inzibati bölgü yaratmağa nail olublar. Tarixlərini saxtalaşdırıb, Azərbaycanın tarixini isə təhrif ediblər.

XIX əsrin əvvəllərindən isə Rusiya İrandan və Türkiyədən çoxlu sayda erməniləri Azərbaycana köçürüb. Eyni zamanda ermənilər Azərbaycanın ən səfalı yerlərində, ən münbit torpaqlarında yerləşdiriliblər. Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülüb. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni gətirilib. Ermənilər Azərbaycan torpaqlarına yerləşdiyi gündən yerli əhali ilə yola getməmiş, onları sıxışdırmağa çalışmışlar.

Əvvəl yerli əhaliyə narazılıq etməsinlər deyə ermənilərin buraya müvəqqəti olaraq yerləşdirildiyi bildirilib. Lakin bu torpaqlara sahib olmaq niyyəti ilə buraya köçürülən ermənilər günbəgün daha aqressivləşərək yerli azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin etməyə nail olublar. Yerli azərbaycanlılar təngə gələrək öz doğulub boya-başa çatdıqları, əcdadlarının yaşadıqları torpaqları tərk edib Azərbaycanın başqa rayonlarına üz tutublar. Göycə mahalında, Qarabağda azərbaycanlıların sayı azalmağa başlayıb.

Ermənilər getdikcə “Böyük Ermənistan” xülyası ilə yerli insanlara əzab-əziyyət verməyə, onlara qarşı soyqırım törədərək öz əzəli-əbədi torpaqlarından deportasiya etməyə başlayıblar. Azərbaycan xalqına qarşı etdikləri ən dəhşətli faciələrdən biri də 1918-ci ilin 30 mart - 3 aprel tarixində daşnak-bolşevik dəstələri tərəfindən törədilən böyük miqyaslı soyqırımı olmuşdur.

1918-ci il mart ayının 15-də Şaumyan Bakı Sovetinin iclasında “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” - demişdir.

Şaumyanın göstərişi ilə müsəlmanlardan ibarət “Evelina” gəmisi əvvəlcədən tərksilah edilmişdir. Mart ayının 31-də isə səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlıların yaşadıqları məhəllələrə soxularaq onları qılıncdan keçirmişlər. Artıq müqaviməti dayandırdıqlarına baxmayaraq təyyarələrdən, hərbi gəmilərdən müsəlman məhəllələri bombalanmışdır.

Ermənilər qanlı cinayətlər törətdikləri vaxtlarda qoca, qadın, uşaq  demədən minlərlə, on minlərlə azərbaycanlıları amansızcasına qətlə yetiriblər. Eyni zamanda azərbaycanlı məhəllələrində azərbaycanlılarla çiyin-çiyinə yaşayan ləzgi, yəhudi, avar, rus və başqa millətlərdən olan insanları da qanına qəltan etməkdən çəkinməyiblər.

Azərbaycandan əsər-əlamət qoymamaq üçün onlar azərbaycanlılara aid olan milli memarlıq abidələrini, məscidləri, milli-mədəni abidələri dağıdıb yandırıb, yerlə yeksan ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir”.

Quba qəzasında ermənilər tərəfindən ümumilikdə 4000 nəfərdən artıq dinc əhali qətlə yetirilib. Öldürülən insanlar burada su quyularına doldurularaq üstu torpaqla örtülmüşdür.

2007-ci ilin aprel ayında Quba stadionu təmir edilən vaxt qazıntı işləri aparılıb. Həmin işlər zamanı kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 500-dək insan kəlləsi olub. Onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid olub.

Tədqiqat zamanı məlum olub ki, ermənilər insanları odlu silahla qətlə yetirməmişlər. Onlara ağır işgəncələr vermişlər. Belə ki, aşkarlanan kəllə sümüklərindən məlum olub ki, onların başlarına balta ilə vurulub, başları kəsilib, başlarına mismar vurulub. Bu onların olduqca amansız və vəhşi xislətli olduqlarını göstərir. Eyni zamanda bu araşdırmalar Quba əhalisinə qarşı ermənilər tərəfindən soyqırımı törədildiyini sübuta yetirib və bu faktlar dünya içtimaiyyətinə çatdırılıb.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı dəfələrlə və mütəmadi olaraq törədilib. İnsanlar İrəvanda, Göyçə mahalında dəfələrlə vəhşicəsinə qətlə yetirilib və bu yerlərdən deportasiya edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Erməni faşizmi özünü 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində bir daha göstərmişdir. Ulu Öndər Heydər Əliyev sovet hakimiyyəti rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında məsələ qaldırmışlar. Bu məqsədlə dəfələrlə təxribatlar və ölkəmizə qarşı hərbi əməliyyatlar həyata keçirdilər.

1992-ci ildə Xocalı soyqırımı törədildi. Bu faciə dünyanın gözü qabağında baş vermişdi. Xocalı soyqırımı zamanı 613 günahsız insan, eyni zamanda 63 uşaq, 106 qadın ermənilər tərəfindən vəhşıcəsinə qətlə yetirilmişdir.

Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizdə o müqəddəs günü yaxınlaşdırmalıyıq”.

Vəhşi, yurdsuz erməlilər böyük xülyalarla yaşayırlar. Bu xülyaları həyata keçirməkdə öz havadarlarına arxalanırlar. Bir vaxtlar vətəninin havasından, suyundan, torpağından, nemətlərindən bəhrələndiyi günahsız azərbaycanlıları amansızcasına qətlə yetirərək Azərbaycan torpaqlarının bir hissəsinə sahib olmağa çalışmışdılar. 30 il işğal altında saxlamışlar.  Lakin uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə xüsusi təlim görmüş Azərbaycanın yenilməz ordusu, Azərbaycanın qəhrəman, vətənpərvər, igid övladları sayəsində torpaqlarımız işğalçı, vəhşi ermənilərdən azad edildi. Gələcəkdə biz Azərbaycanın tam bütövləşməsinə də nail olacağıq.

DİGƏR Xəbərlər Arxiv