YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında seminarlar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin irsi və gənclər”, “İlham Əliyevin çoxşaxəli siyasəti və müasir Azərbaycan”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qazi və şəhid ailələrinə qayğısı” mövzularında növbəti seminarlar keçirilib.

YAP Nəsimi rayon təşkilatından seminarda təşkilatın sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və rayonun digər tanınmış şəxsləri iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Seminar Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açıb və qonaqları salamlayıb.

“Ulu öndər Heydər Əliyevin irsi və gənclər” mövzusunda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərini qeyd edib. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra deputat Ziyad Səmədzadə Prezident İlham Əliyevin apardığı mütərəqqi siyasət barədə geniş məruzə ilə çıxış edərək deyib: “Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir”.

Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir.

Qarabağ müharibəsi qazisi Azər Quliyev çıxış edərək dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

DİGƏR Xəbərlər Arxiv